Jak Şirak

Fransanın sabiq Prezidenti

Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr apararkən münaqişənin sülh yolu ilə həllində onun göstərdiyi cəsarəti, müdrikliyi və qətiyyəti yüksək qiymətləndirirdim. Arzu edirəm ki, Minsk qrupu həmsədrlərinin dəstəyi ilə onun səyləri davam etdirilsin və uğurla nəticələnsin.

Azərbaycanın Avropa ölkələri ailəsində özünəlayiq yer tutmasını böyük təcrübəyə malik, şöhrətli dövlət xadimi Heydər Əliyevin uzaqgörən, müdrik siyasətinin gözəl bəhrəsi kimi dəyərləndirirəm. Azərbaycanın Avropa Şurasına qəbul edilməsi, bu ölkədə insan haqlarının qorunması, demokratiyanın möhkəmlənməsi, daim inkişafda olması məhz Heydər Əliyevin siyasətinin nəticəsidir.

Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir.

Prezident Heydər Əliyevi Parisdə qəbul etmək mənim üçün böyük sevincdir. Çoxdandır ki, bizim aramızda qarşılıqlı dostluq münasibətlərindən də artıq əlaqələr yaranmışdır. Mən Prezident Heydər Əliyevə dərin hörmət bəsləyirəm.

Bu gün 2002-ci il sentyabrın 18-də ATƏT Bakı–Tbilisi–Ceyhan neft kəmərinin təməlinin qoyulduğunu və yataqların istismarının Faza-2 mərhələsinin başlanğıcını elan edəcəkdir.

Bu hadisə Prezident Heydər Əliyevin uzun illərdən bəri həyata keçirdiyi səylərin nəticəsidir və Fransa onu ilk gündən tamamilə dəstəkləmişdir.

Bugünkü mərasim xarici sərmayələri cəlb etmək yolunu tutmuş Azərbaycanın inkişaf strategiyasının nə qədər düzgün olduğunu bir daha təsdiqləyir.