Son illərdə Sizin rəhbərliyinizlə hər gün Azərbaycan qurulur. Azərbaycanda demokratik təsisatlar mövcuddur. İldən-ilə Azərbaycan müasir hüquqi dövlətlərin əsasını təşkil edən qanunlar işləyib hazırlayır, iqtisadi islahatlar aparır. Bu islahatlar dünənki rejimdən firavanlığın perspektivini açan sistemə keçmək üçün gərəkdir. Azərbaycanda görülən bu çox böyük işdə hər bir kəs sizin şəxsi, çox mühüm və əhəmiyyətli rolunuzu bilir. Sizin rəhbərliyiniz altında aparılmış işləri gördükdə keçirdiyim heyranlıq hisslərini gizlədə bilmirəm.
Bu gün Azərbaycan Heydər Əliyevin yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində dünya siyasətində strateji rol oynayır.