Dağıstanlılar Sizi yaxşı tanıyır, sevir və Sizə hörmət bəsləyir. Onlar Siz əvvəllər Azərbaycana başçılıq edərkən də, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən də Sizinlə fəxr edirdilər. Biz indi də nəinki Azərbaycanda, həm də Qafqazda sülhün və sabitliyin bərpa edilməsinə olan bütün ümidləri Sizin adınızla bağlayırıq.
Dağıstanlılar bir neçə il əvvəl, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycanda mövcud olmuş vəziyyəti xatırlayırlar. Azərbaycan xalqını yalnız Heydər Əliyevin şəxsiyyəti, nüfuzu, siyasi iradəsi sıx birləşdirdi. İndi böyük perspektivləri olan güclü bir dövlət kimi Azərbaycan tərəqqi yolu ilə irəliləyir. Azərbaycan xalqı buna görə ən əvvəl Heydər Əliyevə minnətdardır.
Hörmətli Heydər Əliyevi Dağıstanda nəinki görkəmli siyasətçi kimi, həm də digər xalqların, o cümlədən etnik dağıstanlıların problemlərini və dərd-sərini başa düşən bir insan kimi sevirlər. Biz Heydər Əliyevə həm də ona görə hörmət edirik ki, görkəmli dövlət xadimi kimi o, Rusiya Federasiyası subyektlərinin ölkəmizdə, Rusiyanın tərkibində yerini başa düşür, Rusiyanın tərkibində Dağıstan xalqının iradəsini qiymətləndirir. Buna görə də Dağıstan xalqı ona dərin məhəbbət, böyük hörmət və səmimi ehtiram bəsləyir. Rusiya Federasiyası ilə qardaşlıq, dövlət əlaqələrini daha da inkişaf etdirmək üçün Heydər Əliyevin apardığı siyasət Azərbaycan və Dağıstan xalqları arasında dostluğun daha da möhkəmlənməsinə təkan verir. Nəzərə çarpdırmaq istəyirəm ki, Azərbaycan cəmiyyətinin siyasi inkişafı, sosial-iqtisadi və mənəvi tərəqqisi işinə Heydər Əliyevin vermiş olduğu və indi də verdiyi şəxsi töhfə onu böyük siyasətçiyə çevirir.
Heç bir mətn olmadan, saat yarım ayaq üstə durub danışmağı və bir dəfə də təkrara yol verməməyi yalnız görünməmiş fiziki və mənəvi keyfiyyətlərə malik olan insan bacara bilər. Sizin rəhbərliyinizlə Azərbaycan xalqının qazandığı bütün şanlı nailiyyətlər göz qabağındadır. Hər hansı miqyaslı siyasi xadimin nə qədər böyük xidmətləri olsa da, o öz xalqı qarşısında həmişə borcludur. Amma mənə elə gəlir ki, bunu Sizin barənizdə demək olmaz.
Heydər Əliyev, biz, qonşularınız olan dağıstanlılar Sizin respublikaya rəhbərliyə necə bir qarmaqarışıq vaxtda gəldiyinizi və Azərbaycan xalqının ədalətli işinə necə bir mürəkkəb vəziyyətdə başçılıq etdiyinizi yaxşı bilirik. Siz ölkəni hərc-mərclik vəziyyətindən çıxardığınız, xalqınıza başçılıq edərək, onun lideri olaraq onu birləşdirdiniz və ruhlandırdınız.
Heydər Əliyev həm öz sırf şəxsi, insani keyfiyyətlərinə görə, həm də özünün bənzərsiz siyasi yoluna görə nadir, bir çox cəhətdən təkrarolunmaz şəxsiyyətdir. Dağıstan xalqlarının həyatına və ənənələrinə bələd olması ilə Heydər Əliyev hər bir dağıstanlının məhəbbət və ehtiramını qazanmışdır.
Respublikamızda Sizi nüfuzlu dövlət xadimi, demokratik dəyişikliklərin tərəfdarı kimi tanıyırlar.
* * *
Həyatdan elə bir insan getdi ki, onun çoxşaxəli fəaliyyəti öz ölkəsinin və xalqının rifahının yüksəldilməsinə yönəldilmişdi, onun sayəsində Azərbaycanda sülh və həmrəylik bərqərar olmuşdur, dövlətçilik möhkəmlənmiş və yeni inkişaf tapmış, iqtisadi sahədə mühüm islahatlar aparılmışdır. Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırlar və onun Dağıstana xoş münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun illərdən bəri mövcuddur. Onun adı xatirəmizdə həmişəlik qalacaqdır.