Azərbaycan tarixinin son 30 ili xalqınızın görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Müdrik rəhbər və çox təcrübəli siyasətçi olan Heydər Əliyev əsl vətənpərvər kimi ölkəsinin ictimai-siaysi, iqtisadi və mədəni həyatının inkişafı üçün əlindən gələni edirdi. Onun şəksiz liderliyi zamanın ağır sınağından keçmişdir və istər Azərbaycanda, istərsə də dünyada şübhə doğurmurdu.
Heydər Əliyevin sovet dövründə və postsovet zamanında fəaliyyəti xalqa xidmət, milli mənafeləri ardıcıllıqla qorumaq nümunəsi idi. İti analitik zəkaya və öncəgörmə qabilliyətinə malik olan Heydər Əliyev həm ölkə daxilində, həm də xaricdə aparılan siyasi danışıqlarda etibarlı tərəfdaş nüfuzu qazanmışdı.
Azərbaycan iqtisadi potensialını artıraraq, milli-mənəvi dəyərlərini inkişaf etdirərək, üçüncü minilliyə qədəm qoymuşdur.
Biz – qardaş Azərbaycan xalqının ukraynalı dostları, uğurlarınıza səmimi qəlbdən sevinirik, bunun həlledici dərəcədə kimin sayəsində mümkün olduğunu heç zaman unutmayacağıq. Biz fəxr edirik ki, özümüzü Heydər Əliyevin müasirləri adlandıra bilərik.