Aleksandr Dzasoxov

Şimali Osetiya-Alaniya Respublikasının sabiq Prezidenti

Bu gün bütün Qafqaz xalqlarının böyük dostu Heydər Əliyevin andiçmə mərasimi günüdür. Deyirlər ki, axar sudan iki dəfə keçmək mümkün deyildir. Amma o, iki dəfə keçdi. Biz xoşbəxtik ki, Azərbaycan xalqının belə lideri var. Siyasətçilər arasında münasibətlər adi insanlara xas münasibətlərdən deyildir. Güclü, cəsur Heydər Əliyevi insani səviyyədə incitdilər, amma o, antik qəhrəman kimi doğma torpağına gəldi, əlini ona basdı, qüvvət topladı və öz xalqına başçılıq etdi.

Heydər Əlirza oğlu Əliyev Azərbaycanın və keçmiş SSRİ-nin sosial-iqtisadi və mədəni həyatına, həqiqətən, tarixi töhfə vermişdir. Rusiyanın və Azərbaycanın mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı münasibətlərinin yeni tarixi şəraitdə bərpasında onun rolunu, bütün Rusiyada olduğu kimi, Osetiya-Alaniyada da yüksək qiymətləndirirlər. Ən məsul qərarların qəbulu zamanı onun ölçüb-biçilmiş mövqeyi Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmlənməsinə, Müstəqil Dövlətlər Birliyinin təkmilləşməsinə kömək edirdi.

Heydər Əliyev Rusiyada, MDB ölkələrində və dünyanın digər dövlətlərində Qafqazda böyük rol oynayan, müdrik, beynəlxalq miqyaslı, qüdrətli siyasətçi kimi məşhurdur.

Sizin həyat enerjinizə, iradənizin mətinliyinə və yenilməzliyinə daim heyranam.