Murad Zyazikov

İnquşetiya Respublikasının sabiq Prezidenti

Heydər Əlirza oğlu qeyri-adi, genişmiqyaslı insan, ən görkəmli siyasətçilərdən biri idi. O, prinsipiallığı, yüksək vətəndaş mövqeyi, siyasi müdrikliyi, cəsarətliliyi və son dərəcə alicənablığı ilə həmişə fərqlənirdi. Bu keyfiyyətlər onu hətta yaxından tanımayan adamlarda belə ona qarşı hörmət hissi doğururdu. Dərdinizi azalda biləcək sözlər tapmaq çətindir. Bu, ağır və əvəzsiz itkidir.