Saparmurat Niyazov

Türkmənistanın sabiq Prezidenti

Mən xoşbəxtəm ki, Azərbaycan dövlətinin başçısı Heydər Əliyev Türkmənistan ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə, xalqlarımızın mənafeyi naminə müxtəlif sahələrdə ölkələrimizin əməkdaşlığının perspektivlərinə və imkanlarına böyük diqqət yetirir.

Bu gün Azərbaycanın nümayiş etdirdiyi uğurlar, qazandığı nailiyyətlər daha əhəmiyyətli və daha sanballıdır. Bütün bunlar Azərbaycan xalqının tanınmış lideri Heydər Əliyevin çox böyük şəxsi töhfəsinin və şəxsi şücaətinin nəticəsidir.

Sizin bizə köməyiniz böyükdür. Türkmənistanın BMT-yə, İqtisadi Əməkdaşlıq Təşkilatına daxil olmasında, bitərəf dövlət statusu almasında şəxsən Sizin köməyiniz əvəzsiz və böyükdür. Əziz qardaşım Heydər Əlirza oğlu, biz bundan sonra da qarşımıza çıxacaq hər bir məsələdə Sizinlə məsləhətləşərək bütün maneələri aradan qaldırmağa çalışacağıq.

İnanıram ki, Sizin siyasi təcrübəniz, həyatı bilməyiniz qardaş Azərbaycanın mövcud çətinlikərinin aradan qaldırılmasına, inkişafına və tərəqqisinə kömək edəcəkdir.

Prezident Heydər Əliyevin müdrik xarici siyasəti nəticəsində Azərbaycan dünyanın sivilizasiyalı, inkişaf etmiş dövlətləri ilə bir sırada durmuşdur.

Mən Azərbaycanın tanınmış lideri Heydər Əliyevi bir siyasətçi kimi yüksək qiymətləndirirəm.