Heydər Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanda baş verən müsbət dəyişikliklərdən xəbərdaram. Biz Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığın durmadan inkişaf etdirilməsinə xüsusi maraq göstəririk.
Cənab Heydər Əliyev hələ ilk görüşdən xoşuma gəlmişdir. Çünki O, təmkinli, ciddi adamdır, az danışır, amma hər hansı məsələdən danışanda dəqiq və düzgün danışır. Mən ondan bir az cavanam, lakin onu özümə dost bilmək mənim üçün şərəfdir.