Mən hələ gənclik illərində Azərbaycana xüsusi maraq göstərmişəm. Deyə bilərəm ki, prezident Heydər Əliyev zəmanəmizin görkəmli dövlət xadimidir və onun həyat və fəaliyyəti ilə yaxından tanışam. Prezident Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə aparılması sahəsində görülən işlər Yaponiya hökuməti və ictimaiyyəti tərəfindən maraqlı qarşılanır.
Müstəqil Azərbaycan Respublikası bu gün dünya birliyində layiqli yerini tutur. Prezident Heydər Əliyevin Yaponiyaya səfəri tarixi bir hadisədir. Yaponiyaya bir çox dövlət başçıları səfərə gəliblər, lakin Heydər Əliyevin bu rəsmi səfərinə ictimaiyyət və kütləvi informasiya vasitələri tərəfindən göstərilən belə dərin maraq Yaponiyada nadir hallardan biridir. Cənab Prezident, məndə Sizin keçirtdiyiniz görüşlərin siyahısı vardır. Belə gərgin işiniz məndə heyrət doğurur.