Mən Heydər Əliyevi bir insan, bir rəhbər kimi, deyərdim ki, iki keyfiyyətdə tanıyıram. Əlbəttə, bir adam dövlətin, xalqın tarixini bir gündə, bir dövr ərzində yarada bilməz. Bunun üçün xalqınızın bir çox nəsilləri, bir çox rəhbərləri böyük əziyyət çəkmişlər. Lakin Heydər Əliyev, məhz Sizin o illərdə respublikanı yüksəltməyiniz və xalqın nüfuzunu qaldırmağınız, o sistem şəraitində gördüyünüz işlər bizim hamımızda eləcə də, məndə heyranlıq hissləri, bəlkə də, bir qədər qibtə hissi doğurmuşdu. Bu, belədir. Mən hələ onu demirəm ki, məhz Sizin qayğı və diqqətiniz sayəsində nə qədər görkəmli yaradıcı adamlar geniş şöhrət qazanmış, keçmiş SSRİ-nin bütün xalqlarının mənəvi inkişafına müsbət təsir göstərmişlər.
Siz tükənməz enerjiyə, adamlarla işləmək bacarığına maliksiniz, lakin lazım gələrsə, məqsədə çatmaq naminə çox qəti mövqe tutmağı da bacarırsınız.
Biz tarixi bir məqamın şahidləriyik, çünki hesab edirik ki, insanı hələ sağlığında ikən layiqincə qiymətləndirmək, onun qədrini bilmək qeyri mümkündür. Axı bir ara iş elə gətirdi ki, təəssüflər olsun, Azərbaycan xalqı müəyyən dövrdə Əliyevi itirdi. Bu itkinin qiymətini, nə demək olduğunu hamı hiss etdi. Mən qəti əminəm ki, dövlət rəhbəri üçün bütün lazımi keyfiyyətlərə malik belə çox zəngin təcrübəli insan məhz həmin dövrdə, bütün cəmiyyətin yenidən qurulduğu bir dövrdə son dərəcə gərək idi.
Yaxşı ki, həmişə müdrik olan xalq həmin o çox mürəkkəb vaxtda, münaqişəli vəziyyətin ən qızğın çağında məhz Sizə çox böyük etimad göstərdi.
Prezident Heydər Əliyevin xarici siyasəti nəticəsində Azərbaycan dünya birliyinə çox uğurla qovuşur.
Tatarıstan xalqı Sizi görkəmli dövlət xadimi və ictimai xadim kimi tanıyır və biz ümidvarıq ki, Sizin təcrübə və biliyiniz Azərbaycan xalqına sülhü və dincliyi, vətəndaş həmrəyliyini və milli birliyi, rifahı və iqtisadi tərəqqini təmin edəcəkdir.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun oynadığı rolu lazımınca qiymətləndirmək çətindir.
* * *
Müdrik siyasətçi olaraq O, ən mürəkkəb vəziyyətdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini itirdilər.
Heydər Əlirza oğlunun vəfatı Tatarıstan Respublikası sakinlərinin ürəyini göynətdi. Biz itkinin acısını qardaş Azərbaycan xalqı ilə bölüşürük və Azərbaycan Respublikasına sülh və tərəqqi arzulayırıq. Bu, bütün ömrünü öz xalqının xoşbəxtliyinə və firavanlığına həsr etmiş o gözəl insana ən yaxşı abidə olacaqdır.