Biz inamla deyə bilərik ki, Almaniya ilə Azərbaycan arasında, xüsusən iqtisadi sahədə olan dostluq münasibətləri son illərdə vüsət almış və dərinləşmişdir. Bu işdə Sizin səylərinizin böyük rolu olmuşdur. Eyni zamanda, Siz ölkənizə çətin bir şəraitdə rəhbərlik edərək, onu azadlıq və siyasi-iqtisadi inkişaf yolu ilə aparırsınız. Bu, dünya dövlətləri arasında ölkənizə etimadın artmasına səbəb olmuşdur.