Arximandrit Aleksandr

Bakı yeparxiyasının keçmiş arxiyepiskopu

Sülh yaradanlar müqəddəsdirlər, çünki onlar tanrının övladlarıdırlar. Mənim bu fikrim bütünlüklə Azərbaycan Prezidenti Heydər Əliyevə aiddir. Hörmətli Heydər Əliyev, Azərbaycanın müdrik və xeyirxah lideri kimi Siz Qafqazın bütün rus əhalisi arasında böyük şöhrət qazanmısınız.

Təlatümlü hadisələr Azərbaycanı sarsıdan vaxtlarda nəinki yerli millətdən, həm də rus millətindən olan bütün adamların, bütün Azərbaycan vətəndaşlarının arzusu belə olmuşdur ki, bu çətin dövrdə dövlətə, dövlət hakimiyyətinə məhz Siz başçılıq edəsiniz. İndi görürük ki, ümidlər doğrulmuşdur.

Dövlətin daxili və xarici vəziyyətinin çox mürəkkəb olmasına baxmayaraq, Sizin rəhbərliyinizlə Azərbaycan torpağına əmin-amanlıq və sülh qayıtmışdır. İqtisadi həyatda, siyasi həyatda sabitlik – bunların hamısı Azərbaycana qayıtmışdır. Bakının küçələrində dinc həyatın hökm sürdüyünü yəqin etmək üçün yollarımızı gəzib-dolaşmaq kifayətdir. Sizin Qafqazda yüksək nüfuzunuz var.