Boris Yeltsin

Rusiya Federasiyasının sabiq Prezidenti

Heydər Əliyev görkəmli dövlət xadimi, əsl ümummilli lider kimi Azərbaycan xalqının, bütün dünya ictimaiyyətinin layiqli hörmətini qazanmışdır. Onun Rusiya ilə Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətlərinin inkişafına və möhkəmlənməsinə verdiyi töhfəni qiymətləndirmək çətindir.

Rusiyada Sizi beynəlxalq aləmdə dərin hörmət və şöhrət qazanmış, Rusiya–Azərbaycan dostluq münasibətlərinin möhkəmlənməsinə və inkişafına şəxsən böyük töhfə vermiş müdrik, nüfuzlu dövlət xadimi kimi tanıyırlar.

Çox böyük təcrübəniz, siyasi və həyat müdrikliyiniz, nüfuzunuz, ən başlıcası isə, ölkə sakinlərinin dəstəyi Azərbaycan Respublikasının Prezidenti vəzifəsi kimi məsul işdə Sizə kömək edir. Sevindirici haldır ki, Siz ölkələrimiz və xalqlarımız arasında ənənəvi dostluq münasibətlərinin saxlanmasına və möhkəmlənməsinə böyük diqqət yetirirsiniz.

Şəxsən mənim üçün böyük əhəmiyyəti vardır ki, mən Sizi Rusiyanın daimi və sadiq dostu, Rusiya ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əqidəli tərəfdarı kimi çoxdan və yaxından tanıyıram.

* * *

Görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı xəbəri məni sarsıtdı. Bu güclü və cəsur insanı tanıyanların hamısı onun nurlu xatirəsini qəlbində saxlayacaqdır.