Jak Bomel

AŞ PA-nın keçmiş nümayəndəsi

70 ilin zülmətindən çıxan Azərbaycan çox böyük uğurla güclü bir dövlətə çevrilir. Mən sadəcə enerji, neft, qaz sahəsində əldə edilən nailiyyətləri demirəm. Azərbaycan, həqiqətən, regionda siyasi cəhətdən güclü bir dövlətə çevrilir.

Mənim fikrimcə, bu nailiyyətlərin hamısını hər şeydən əvvəl bir amillə bağlamaq lazımdır. Ölkənin parlaq gələcəyini təmin edən əsas amil Azərbaycandakı möhkəm sabitlikdir. Cənab Prezident, mən onu bildirmək istəyirəm ki, bu sabitlik məhz Sizin şəxsi fəaliyyətiniz, səyləriniz sayəsində mümkün olmuşdur.