Aleksandr Kvasnevski

Polşa Respublikasının sabiq Prezidenti

Sizin bioqrafiyanıza yaxşı bələdəm. Biz cavan siyasətçilər Sizin fəaliyyətinizi daim izləyirik, Sizə rəğbətlə yanaşırıq və Sizdən çox şey öyrənirik. Azərbaycanın dövlət müstəqilliyinin qorunması yolunda qarşıya çıxan çətinliklərə necə sinə gərdiyinizdən xəbərdaram.

Polşada Sizi görkəmli dövlət xadimi və dost dövlətin lideri kimi, bir neçə il əvvəl Mərkəzi və Şərqi Avropada baş vermiş böyük dəyişikliyin arxitektorlarından biri kimi tanıyır və qiymətləndirirlər. Biz Xəzər dənizi hövzəsinin strateji cəhətdən çox mühüm regionunda vəziyyətin normallaşdırılması üçün Sizin göstərdiyiniz diplomatik fəallığı xüsusi diqqətlə izləyirik.