Azərbaycan üçün bu böyük gündən xatirə olaraq, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti rəmzi məna daşıyan bir hədiyyə hazırlamışdır. İnanırıq ki, bu hədiyyə həm Sizin, həm də Azərbaycan xalqının daimi iftixar və məmnunluq mənbəyi olacaqdır. Cənab Prezident, Beynəlxalq Qızılgül Cəmiyyətində əbədi olaraq Sizin adınızla qeydiyyatdan keçirilmiş yeni bir qızılgül növü seçilmişdir. Həmin qızılgül növü Əlahəzrət Böyük Britaniya kraliçasına ithaf edilmiş orijinal gül növlərindən xüsusi olaraq yetişdirilmişdir. Cənab Prezident, Sizin qızılgülünüzün bu gündan etibarən özünəməxsus adı olacaqdır: “Prezident Heydər Əliyev sülh qızılgülü”.
Cənab Prezident, indi isə qızılgülünüzün rəsmi botanik şəklini böyük məmnunluq hissi ilə Sizə hədiyyə edirik. Həmin qızılgülün 200 kolu Sizin seçəcəyiniz yerlərdə əkilmək üçün Bakıya gətiriləcəkdir. Bundan başqa, qızılgül kolları bizim payçı şirkətlərin hamısına hədiyyə ediləcəkdir ki, “Prezident Heydər Əliyev sülh qızılgülü” ABƏŞ-in konsorsiumunda təmsil olunmuş ölkələrin hər birinin dövlət nəbatət bağlarını bəzəsin.
Cənab Prezident, qoy bu qızılgüllər əsasını qoyduğunuz və atası olduğunuz müstəqil Azərbaycanın beynəlxalq simvoluna çevrilsin. Möhtərəm Prezident, Azərbaycan xalqını açıq-aydın, dinc və çiçəklənən gələcəyə doğru aparan uzaqgörənliyiniz və öndərliyinizlə bir daha təbrik edirik. Bizim bu uğurumuzu bu şanlı ölkənin azadlıq və müstəqilliyini təsbit etmiş yeni demokratik konstitusiyanın ikinci ildönümü günündə bayram etməyiniz, həqiqətən, çox yerinə düşür.
Heydər Əliyevin liderliyi ilə indi Azərbaycan çox sabit ölkə olmuşdur. Azərbaycan artıq beynəlxalq və coğrafi-siyasi status qazanmışdır. Bütün bunlara Heydər Əliyevin liderliyi sayəsində nail olunmuşdur. Bütün bunlar prezidentin bu ölkə üçün işləyib-hazırladığı neft strategiyası sayəsinda əldə edilmişdir. Siz dünyanın bir çox iri, güclü sirkətlərini Azərbaycana gətirdiniz və onlar Azərbaycana sərmayə qoydular, ölkənizin iqtisadiyyatını dirçəltdilər.
Cənab prezident Heydər Əliyevin liderliyi sayəsində Azərbaycan keçmiş SSRİ respublikaları arasında siyasi və iqtisadi baxımdan inkişaf modelinə çevrilmişdir. Azərbaycanın ikinci müstəqillik dövrü tarix kitabları yazılarkən Heydər Əliyevin adı həmin kitabların səhifələrinə qızıl hərflərlə həkk olunacaqdır.