Azərbaycana ilk səfərimi, dünyamiqyaslı böyük siyasətçi Heydər Əliyev ilə görüşlərimi səmimiyyətlə xatırlayıram. Həmkarım Müslüm Maqomayevin yubileyində onun çıxışını dinləmək mənə həqiqi xoşbəxtlik gətirirdi. Bu, incəsənət, Azərbaycanın musiqi tarixi haqqında monoloq idi.