Teyri dö Montbrial

Fransa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru

Mən bilirdim ki, Heydər Əliyevin çox güclü, əfsanəvi yaddaşı var. Bunu hamı bilir. Bundan əlavə, qeyd edim ki, Heydər Əliyevin həm də çox incə yumor hissi var və onu bu gün bir daha nümayiş etdirdiniz.

Sizin şəxsiyyətiniz məni həddindən çox mütəəssir etdi.

1993-cü ildən bəri Azərbaycanda gördüyünüz işlərin hamısını çox böyük heyranlıqla təsdiq etməliyəm. Heydər Əliyevin qarşısında duran vəzifənin nəhəngliyini və mürəkkəbliyini çox gözəl dərk edirəm.