Anatoli Torkunov

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin rektoru

Məhz Heydər Əliyevin siyasətçi, dövlət xadimi istedadı, şəxsi keyfiyyətləri, iradəsi, indiki nəslin qismətinə düşmüş sınaqlardan çıxmağa, Azərbaycan dövlətçiliyini möhkəmlətməyə, yüksək beynəlxalq nüfuz qazanmağa imkan vermişdir.

Cənab Prezident, Siz Azərbaycanın, elə bir ölkənin rəhbərisiniz ki, onunla Rusiyanı dostluq, ən müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin və əlaqələrin bütöv bir dövrü bağlayır. Dövlətlərimiz arasında münasibətlərin ən yeni tarixinin bir çox dramatik məqamları ölkələrimizin dostluğuna xələl gətirə bilməmişdir və bu, Azərbaycan xalqının tanınmış lideri kimi Sizin xidmətinizdir.