Murtaza Rəhimov

Başqırdıstan Respublikasının sabiq Prezidenti

Sizin rəhbərliyiniz altında Azərbaycan səmərəli şəkildə ictimai dəyişikliklər həyata keçirir, iqtisadi, sosial və mənəvi-mədəni potensialını gücləndirir, dünya birliyinə fəal surətdə daxil olur. MDB-də inteqrasiya proseslərinin, Rusiya Federasiyası ilə münasibətlərin möhkəmlənməsində Sizin böyük rolunuz var. Respublikalarımız arasında da sosial-iqtisadi, mənəvi-mədəni əlaqələr getdikcə daha sıx olur.

Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl, istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri onun adı ilə bağlıdır.

* * *

Heydər Əlirza oğlu Əliyevin nurlu xatirəsi qəlbimizdə həmişəlik qalacaqdır.