Cənab Prezident, icazə verin, həqiqətən, Şərqsayağı İslam qonaqpərvərliyi üçün Sizə təşəkkür edim. Sizə – ustada, müəllimə və akademik həmkarıma Şərq ruhunda müraciət etmək istəyirəm. Ən əvvəl, söylədiyiniz nitqə görə təşəkkürümü bildirirəm. Sizin nitqinizi oxudum və deməliyəm ki, Siz bizə – rus alimlərinə İslama tamamilə yeni bir münasibət göstərdiniz. Ərəb İslam sivilizasiyası ilə yanaşı, Siz Azərbaycan İslam sivilizasiyası haqqında da danışdınız. Mən hesab edirəm ki, bu, islamşünaslıq üçün çox vacibdir.