Çingiz Aytmatov

Məşhur Qırğızıstan yazıçısı

Heydər Əliyev, həqiqətən də, tarixi, hətta əfsanəvi bir şəxsiyyətdir. Bu, sovet dövründə də belə idi, bugünkü MDB məkanında da, xeyli çətinləşmiş müasir dünya şəraitində də belədir. Heydər Əliyev hər zaman xalqının xidmətində olmuşdur.

Heydər Əliyev onun yaşıdlarının və hətta ondan cavan olan bir çox siyasi xadimin bacarmadığı xüsusiyyəti – müasir dövrün ən aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar dünyagörüşünün genişliyi nəticəsində indi Azərbaycanda sabitlik, tolerantlıq, mədəniyyət, maarifçilik hökm sürməkdədir. Bütün bunlar isə Azərbaycan dövlətinin müasir inkişafını və tərəqqisini təmin edəcək əsas amillərdir.

Bütün bu həqiqətlər qloballaşan bazar iqtisadiyyatı şəraitindəki dünyanın gözü önündə cərəyan edir. Müstəqillik dövründə qarşılaşdığı çox böyük çətinliklərə, problemlərə baxmayaraq, Azərbaycan həm bölgədə, həm də dünyada layiqli, demokratik yerini tutmuşdur.

Heydər Əlirza oğlu XX əsrin ən böyük liderlərindədir. O, müasir demokratik Azərbaycanın yeni tarixinin bugünkü qurucularından biridir.