Azərbaycan xalqının taleyində, onun bugünkü müstəqilliyinin əldə olunmasında və xoşbəxt gələcəyinin təmin edilməsində Heydər Əliyevin istinasız rolu ölkəsindən çox-çox uzaqlarda məlumdur. Əminəm ki, Heydər Əliyev hələ uzun illər Azərbaycana rəhbərlik edəcək və onun rəhbərliyi altında Azərbaycan yeni-yeni qələbələrə nail olacaqdır.