Tim Seyka

“Exxon Mobil Exploration” şirkətinin keçmiş prezidenti

Heydər Əliyevin müdrik və qayğıkeş rəhbərliyi altında Azərbaycan xalqının əldə etdiyi nüfuz prezidentin ala biləcəyi ən yaxşı ad günü hədiyyəsidir.

Heydər Əliyevin rəhbərliyi sayəsində Azərbaycan xalqı artıq azad bazar iqtisadiyyatının, siyasi sabitliyin, beynəlxalq ticarətin faydalarından və eləcə də, ölkənin təbii sərvətlərinin müdrikcəsinə idarə edilməsindən bəhrələnmişdir.

Sizin hökumətiniz xarici sərmayeni cəlb edən işgüzar mühitin yaradılmasında müvəffəqiyyət əldə etmiş və Azərbaycan Sizin şəxsi səyləriniz nəticəsində dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmış və hörmət qazanmışdır.