Heydər Əliyev şanlı əmək yolu keçib və ən mühüm tarixi hadisələrin bilavasitə iştirakçısı və yaradıcısıdır. Azərbaycanın müasir dövlət kimi təşəkkül tapması Azərbaycan Respublikasının və inkişafının rəmzi olan Heydər Əliyevin adı ilə qırılmaz surətdə bağlıdır. Heydər Əliyev həmişə öz xalqının, ölkəsinin, dövlətinin vətənpərvəri və layiqli lideri olub.