Vahid Ələkbərov

“LUKoil” neft şirkətinin keçmiş prezidenti

Dövlət rəhbəri kimi Heydər Əliyevin Azərbaycanın və bütövlükdə Cənubi Qafqaz regionunun həyatında görkəmli rolunu qeyd etmək mənim üçün xüsusilə xoşdur.

Heydər Əliyevin müxtəlif rəhbər vəzifələrdə çoxcəhətli fəaliyyəti Yer kürəsinin hər yerində Ona şöhrət və haqlı hörmət qazandırmışdır. Onu nəinki qeyri-standard təfəkkürü ilə fərqlənən müdrik siyasətçi, ölkəni demokratikləşdirmə və bazar islahatları yoluna yönəltmiş rəhbər, sülh uğrunda fəal mübariz kimi, həm də alim və görkəmli ictimai xadim kimi tanıyırlar və qiymətləndirirlər.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası dünya miqyasında geniş tanınmağa nail olmuşdur. Şübhəsiz, beynəlxalq aləmdə ölkənin bu cür tanınmasının əsasını Heydər Əliyevin əməyi, əhatəli biliyi və zəngin həyat təcrübəsi təşkil edir. Heydər Əliyevin çoxillik çətin fəaliyyəti nəticəsində Cənubi Qafqazda əmin-amanlıq bərqərar olmuşdur və qorunub saxlanılır, işgüzar və mədəni əlaqələr bərpa edilir və canlanır, müqavilələr bağlanır və sərmayələr daxil olur. “LUKoil” neft şirkəti fəxr edir ki, Azərbaycan müəssisələri ilə möhkəm tərəfdaşlıq münasibətləri qura bilmişdir. Biz istəyirik ki, bu əlaqələr ölkələrimizin iqtisadiyyatının möhkəmlənməsinə səmərəli şəkildə xidmət etsin, Azərbaycan və Rusiya xalqlarının rifahının yüksəlməsinə kömək etsin.