Cənab Prezident, biz bilirik ki, Azərbaycanda siyasi vəziyyətin sabitləşdirilməsində Sizin həyat təcrübənizin böyük köməyi olmuşdur. Biz onu da bilirik ki, Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün Siz olduqca gərgin iş aparırsınız.
Bakıda çoxlu yeniliklər nəzərə çarpır, avtomobillərin, xüsusi ofislərin sayı artıbdır. Biz buna şad olduq və hesab edirik ki, bunlar Sizin Azərbaycana yeniliklər gətirən siyasətinizin nəticəsidir.