Azərbaycan xalqının xoşbəxtliyi ondadır ki, təcrübəli, müdrik rəhbər olan Heydər Əliyev çətin vaxtda yenidən hakimiyyətə qayıtdı. Qardaş Azərbaycan xalqı üçün belə ağır vaxtda respublika rəhbərliyinə gəlməyiniz sizin görkəmli siyasi xadim və dövlət xadimi kimi yüksək nüfuzunuza dəlalət edir.
Azərbaycan xalqının mənəvi dirçəlişi, iqtisadi tərəqqisi məhz Sizin adınızla bağlıdır. Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi kimi yaxşı tanıyırlar. Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini, əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.
Azərbaycan xalqı haqlı olaraq Sizə ölkəsinin tərəqqisinin və təhlükəsizliyinin təminatçısı kimi baxır. Əminəm ki, Sizin fəaliyyətiniz Azərbaycan xalqının gələcəyi naminə yeni parlaq xarüqələrlə əlamətdar olacaqdır.
* * *
Heydər Əlirza oğlu bizim xatirəmizdə bütün ömrünü öz Vətəninə xidmətə həsr etmiş görkəmli siyasətçi kimi, Azərbaycan xalqının sədaqətli oğlu kimi qalacaqdır.