Heydər Əliyev kimi lider heç də həmişə türk dünyasına gəlmir. Heydər Əliyev həqiqətən də həyatı araşdırılmalı, yaradıcılığı, fəaliyyəti, davranışı örnək götürülməli olan dahi şəxsiyyətdir. O, həmişə Azərbaycanın suverenliyini düşünən, Azərbaycanın müstəqilliyini bərpa edəcəyi günü arzulayan, həyatını ölkəsinin inkişafına, möhkəmlənməsinə həsr edən bir insan idi. Bu yolda Heydər Əliyev həyatını təhlükəyə atan, hər zaman canını fəda etməyə hazır olan bir şəxsiyyət idi.