Hörmətli Prezident, yaradıcısı zati-aliniz olan bu boru kəməri Sizin böyük əməyiniz, qətiyyətiniz və əzmkarlığınız sayəsində reallığa çevrilmişdir. İnşallah sizin rəhbərliyiniz və iştirakınızla onun açılışını edərik. Türkiyə Bakı–Tbilisi–Ceyhan layihəsinin gerçəkləşməsində Azərbaycan Prezidenti Heydər Əliyevin həlledici rolunu yüksək qiymətləndirir və zati-alinizin bütün fəaliyyətini və təşəbbüslərini dəstəkləyir. Xalqımız Sizə həmişə dərin hörmət və ehtiram bəsləyir.