Xalqlarımız arasındakı tarixi dostluğun və anlaşmanın inkişafına Heydər Əliyevin töhfələrini yüksək qiymətləndiririk. Qarşılıqlı dəstək və mehriban qonşuluq münasibətləri dövlətlərimizin müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsinin həmişə etibarlı əsası, habelə regionda sülhün və sabitliyin bərqərar edilməsi üçün çox mühüm zəmin olmuşdur.
Hörmətli Heydər Əlirza oğlu, Sizinlə maraqlı və məzmunlu söhbətimizi tez-tez xatırlayıram. Qəti əminəm ki, dövlətlərimiz arasında əsrlərdən bəri təşəkkül tapmış dostluq və etimad münasibətləri xalqlarımızın rifahı naminə bundan sonra da dönmədən möhkəmlənəcək və inkişaf edəcəkdir.