Əhməd Necdət Sezər

Türkiyə Respublikasının sabiq Prezidenti

Uca şəxsiyyətinizin tərifəlayiq liderliyi altında müstəqil, demokratik bir dövlət olan Azərbaycan bütün dünyada hörmət qazanmışdır. Gənc Azərbaycan dövlətinin tanınmasında və öz iqtisadiyyatını dünya iqtisadiyyatı ilə sıx bağlamasında Sizin kimi böyük bir şəxsiyyətin əvəzsiz xidmətləri olmuşdur.

Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha sübut etmişdir.

* * *

Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına, ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin inkişaf edərək möhkəmlənməsinə böyük töhfə vermiş Heydər Əliyevin dünyasını dəyişməsi, Azərbaycanda olduğu kimi, Türk ulusunda da dərin kədər yaratmışdır.

Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm. Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı, Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.