Bizim respublikamızda Heydər Əliyevi müdrik siyasi xadim və dövlət xadimi, dünyanın məşhur siyasətçilərindən biri kimi tanıyırlar. Osetin xalqı fəxr edir ki, Qafqazda indiki çətin zəmanədə Azərbaycana Heydər Əliyev kimi görkəmli siyasətçi rəhbərlik edir. Xalqımız bu iftixar hissini həmişə-Siz Azərbaycanın partiya təşkilatının birinci katibi olduğunuz vaxtlarda da, Siz Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyiniz və 19 İttifaq Nazirliyinə kuratorluq etdiyiniz vaxtlarda da keçirmişdir və müstəqil Azərbaycanın prezidenti olduğunuz indiki vaxtda da keçirir.