Azərbaycan müstəqillik qazandıqdan sonra ciddi daxili və xarici problemlərinə baxmayaraq, çox qısa müddətdə böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın hörmətli prezidenti olaraq Heydər Əliyev qabiliyyətli şəxsiyyəti, bəsirəti və vətənpərvərliyi sayəsində Azərbaycana, bölgəmizə, türk dünyasına və beynəlxalq birliyə böyük xidmətlər göstərmişdir. Azərbaycanda sabitlik və əmin-amanlıq bərqərar olunmuşdur, ölkə demokratiya yolu ilə irəliləyir, müstəqillik və dövlətçilik günü-gündən möhkəmlənir. Azərbaycanın beynəlxalq aləmdə etibarlı yeri vardır və Azərbaycan beynəlxalq birliyin ən çox maraq göstərdiyi ölkələrdən birinə çevrilmişdir.
Heydər Əliyev Türkiyə ilə Azərbaycan arasında münasibətlərin inkişaf etməsi üçün çalışmış, böyük xidmətlər göstərmişdir. Biz bunları minnətdarlıq hissləri ilə qeyd edirik. Türkiyə Cümhuriyyəti və xalqı Heydər Əliyevi və Azərbaycanı ürəkdən sevir, alqışlayır.