Riçard Kozlariç

ABŞ-ın Azərbaycan Respublikasındakı keçmiş səfiri

1994-cü ildə biz Bakıya ayaq basanda Azərbaycanda müharibə gedirdi, ölkənin gələcəyi qaranlıq idi, dumanlı görünürdü. Prezident Heydər Əliyevin liderliyi sayəsində müharibədə atəşkəs əldə olunubdur və bu atəşkəs indiyədək davam etməkdədir. Amerika şirkətləri üçün biznes imkanları get-gedə artmaqdadır. Bütün bunlar Azərbaycan hökumətinin açıq siyasət yeritməsi nəticəsində mümkün olmuşdur. Biz bütün bunlar üçün prezident Heydər Əliyevə minnətdar olmalıyıq.

Arzu edirəm ki, görkəmli lider, prezident Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün göstərdiyi səylər müvəfəqqiyyətlə həyata keçsin.