Heydər Əliyev Özbəkistanda çox məşhurdur. O, vaxtilə çox yüksək dövlət vəzifələrində çalışıb. 1993–2003-cü illərdə müstəqil Azərbaycanın prezidenti olub. Azərbaycanın müasir tarixi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şübhəsiz ki, bu siyasətçi Özbəkistanla dostluq əlaqələrinin möhkəmlənməsində mühüm tarixi rol oynayıb.