Gennadi Şmal

Rusiya Federasiyasının Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti

Heydər Əliyev SSRİ tarixində çox mühüm rol oynayıb. O, Nazirlər Soveti sədrinin birinci müavini, Mərkəzi Komitə Politbüronun üzvü idi, bir sözlə, çox böyük nüfuza sahib şəxsiyyət idi.  Onun keçirdiyi müşavirələrdə mən də dəfələrlə olmuşam. O vaxt hökumətin   tərkibində operativ məsələlər üzrə komissiya vardı, bu komissiya bütün ölkə iqtisadiyyatını idarə edirdi. Hökumət başçısı, Tixonov, sonra isə Rıjkov, global iqtisadi problemlərlə məşğul idi, bu komissiya isə cari məsələlərə cavabdeh idi. Operativ komissiyaya  Heydər Əliyev başçılıq edirdi.

Hər şeydən öncə Heydər Əliyev Rusiyanı çox tez tərk etdi. Heydər Əliyev bizim ölkələrimiz üçün hələ çox şey edə bilərdi. O, bunu daha sonra Azərbaycanın Prezidenti olduğu zaman sübut etmişdi. O bütün məsələlərdə əsl mütəxəssis idi, baxmayaraq ki həyatının böyük bir qismində Dövlət Təhlükəsizlik Xidmətində çalışmışdır.

Bu insan hər zaman hansısa çətin bir məsələnin həllində yardım edə bilirdi. Çətinlik olanda hər zaman ona yaxınlaşıb kömək istəmək mümkün idi. O zamanlar belə çətin məsələlər çox olurdu. Elə indi də az olmur. Lakin indi o vəzifədə olan adama yaxın düşmək çətindir. Təəssüflər olsun ki, bu gün bu cür insanlar azdır. Bu gün Heydər Əliyev kimi insanlara ehtiyacımız var. Heydər Əliyev kimi insanların bir məqsədi, bir devizi vardı: Doğma ölkələri yaşasın!