Hələ Sovet İttifaqı dövründə Heydər Əliyev əsas vəzifələrdən birini- SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tuturdu. Əvvəllər o, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə uğurla rəhbərlik edib. Daha sonra Azərbaycana rəhbərlik edib və səmərəli fəaliyyətinə görə Sovet İttifaqında yüksək vəzifələrə təyin edilib. Mən əminəm ki, Heydər Əliyev Sovet İttifaqına rəhbərlik etsəydi, yəqin ki, ölkə bu gün də mövcud olardı və dünyada lider mövqelərdə durardı. Amma Qorbaçov Heydər Əliyevi özünə rəqib hesab edərək onu vəzifəsindən uzaqlaşdırdı. Heydər Əliyev çoxmillətli SSRİ dövləti üçün ölümcül olan erməni millətçiliyinə qarşı dura biləcək azsaylı liderlərdən biri idi.
Bu kritik məqamda Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə qayıdaraq Ermənistan və erməni separatçılarının dağıdıcı müharibəsinə məruz qalmış ölkəni idarə etməyə çağırdı. Əslində bu, ölkə tarixində dönüş nöqtəsi idi. Heydər Əliyev nəinki Azərbaycan dövlətçiliyini dirçəltdi, həm də ölkənin və onun xalqının rifahı naminə yeni enerji strategiyası qurdu. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı dünya bazarının etibarlı enerji təchizatçısına və Avropa İttifaqının enerji təhlükəsizliyinin təminatçılarından birinə çevirən mühüm müqavilələr imzalandı.
Heydər Əliyev yeni Azərbaycan tarixinin ən dəyərli siyasətçisidir. Düşünürəm ki, onun anadan olmasının 100 illiyi Rusiyada da ən yüksək səviyyədə təntənəli şəkildə qeyd olunacaq. Təbii ki, bu görkəmli şəxsiyyətin xatirəsini bir daha ehtiramla yad etmək üçün orada ictimai xadimlərdən ibarət ekspert icması da iştirak edəcək.