Heydər Əliyevin həyat yoluna nəzər saldıqda, ona heyran olmamaq mümkün deyil. Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu ölkəni dərin siyasi və iqtisadi böhrandan çıxara bilən, cəmiyyətin demokratikləşdirilməsinə və bazar iqtisadiyyatının inkişafına yönəldilmiş islahatlara apara bilən insan məhz Heydər Əliyev oldu. Məhz Onun sayəsində Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutmaqdadır.