Təkcə Azərbaycanda deyil, bütün dünyada nüfuzlu ictimai xadim kimi böyük hörmətə malik olan Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Bakıda səfir vəzifəsində çalışmağı özümə şərəf sayıram. Gürcüstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində Heydər Əliyevin xidmətləri dövlətlərimiz arasında uğurlu əməkdaşlığın rəmzidir.
Siz, həqiqətən, bütün Qərb marşrutunu yaratmış lidersiniz. Siz o şəxsiyyətsiniz ki, Qafqazı dünyaya açmısınız və mən də, bütün Gürcüstan da bunu iftixarla vurğulayırıq. Bütün Gürcüstanın Sizə necə böyük hörmət bəslədiyini bilirsiniz.
Siz o şəxsiyyət, o lidersiniz ki, Gürcüstanda hər bir ailə Sizə hörmət bəsləyir. Bu gürcü xalqının yaddaşında əsrlər boyu yaşayacaqdır. Sizin Gürcüstan üçün etdiklərinizin qiyməti misilsizdir.