Mərhum Heydər Əliyevin bacarıqlı və geniş üfüqlü rəhbərliyi sayəsində indi Azərbaycan xarici siyasətdə sabitlik amili olaraq çıxış edən, iqtisadi inkişafını sürətlə davam etdirən, beynəlxalq birlikdəki nüfuzlu mövqeyini getdikcə möhkəmlətməkdə olan ölkəyə çevrilmişdir. Ölkənizdəki ictimai rifah və əmin-amanlığın memarı olan hörmətli Heydər Əliyevi itirməyimiz Türkiyə cəmiyyəti üçün də dərin kədər hissləri doğurmuşdur. Ölkələrimiz arasında mövcud olan qarşılıqlı sevgi, hörmət və qardaşlığa söykənən münasibətlərimiz, əsasən, mərhum Heydər Əliyevin əsəri kimi xatırlanacaqdır.