Heydər Əliyevin adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların xatirəsində əbədi yaşayacaq.
Heydər Əliyevin qətiyyətli iştirakı və şəxsi əməyi olmasaydı, Azərbaycanın nailiyyətləri də mümkün olmazdı.
Hadisələrin fəlakətli yöndə inkişaf etməsi təhlükəsinin mövcud olduğu taleyüklü bir vaxtda Siz birincilər sırasında Azərbaycanı yeniləşdirmək yoluna qədəm qoymuş, xalqı sıx birləşdirməklə, onun dövlətçiliyini möhkəmləndirməklə ölkədə əmin-amanlığa nail olmusunuz.