Andrey Trebkov

Beynəlxalq Hüquqşünaslar İttifaqının sədri, Rusiya Hüquqşünaslar İttifaqının prezidenti

Azərbaycan xalqına üz vermiş əvəzsiz itki – bütün dünyada tanınmış görkəmli siyasi xadim Heydər Əliyevin həyatdan getməsi ilə əlaqədar şəxsən öz adımdan və sıralarında Rusiya və xarici ölkələrin hüquqşünaslarını birləşdirən Beynəlxalq Hüquqşünaslar İttifaqı və Rusiya Hüquqşünaslar İttifaqı adından başsağlığı verirəm. Heydər Əliyev ilə Moskvada və Bakıda keçirdiyimiz görüşlərdən və söhbətlərdən aldığım unudulmaz təəssürat xatirəmdə həmişəlik qalacaqdır.